...

Yanvar-aprel aylarında Almaniya vətəndaşları Türkiyədə 300-dən çox əmlak alıb

Dünya xəbərləri Materials 23 May 2024 14:55 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-aprel aylarında Almaniya vətəndaşları Türkiyədə 302 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 133 obyekt azdır.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin aprel ayında Almaniya vətəndaşları Türkiyədə 70 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 3 obyekt azdır.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyədə 75 min 569 mənzil satın alınıb ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 11,8 faiz azdır.

Məlumata görə, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyədə 355 min 173 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz azdır.

2024-cü ilin aprel ayında Türkiyədə xarici vətəndaşlara 1 272 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 50,3 faiz azdır.

Eyni ilin yanvar-aprel aylarında əcnəbi vətəndaşlar Türkiyədən 6 min 957 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 48,4 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti