...

Cənubi Koreya Rusiyadan gələn iki gəmiyə qarşı sanksiya tətbiq edib

Dünya xəbərləri Materials 24 May 2024 08:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreya Şimali Koreyadan olan yeddi şəxsə və iki Rusiya gəmisinə qarşı sanksiyalar tətbiq edib.

Trend-in məlumatına görə, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, sanksiyalar Şimali Koreyanın raket və nüvə proqramlarını maliyyələşdirməsi və Rusiya ilə KXDR arasında hərbi yüklərin daşınması ilə əlaqədardır:

"Hökumətimiz Şimali Koreyadan olan 7 şəxsə və iki Rusiya gəmisinə qarşı Şimali və Rusiya arasında hərbi yüklərin daşınması və silah müqaviləsi, xarici valyutanın alınması və neftin çatdırılması yolu ilə nüvə və raket proqramlarının inkişafının maliyyələşdirilməsi ilə əlaqədar müstəqil sanksiyalar tətbiq edir".

Seul bu fəaliyyətin BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu bildirib. Nazirlik qeyd edib ki, iki Rusiya gəmisi Rusiya ilə Şimali Koreya arasında çoxlu sayda konteyner daşıyaraq hərbi yük çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti