Bakı. Trend:
Rumıniya hökuməti Rusiyanın ölkədəki səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan edib.
Trend xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfirliyin əməkdaşı Buxarestdə "Diplomatik əlaqələr haqqında" 1961-ci ildə qəbul edilmiş Vyana Konvensiyasının müddəalarına zidd hərəkətlər etdiyi üçün "persona non grata" elan edilib.