Bakı. Trend:
ABŞ-ın bir sıra ştatlarında şiddətli fırtınalar nəticəsində azı 14 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.
“Zərər olduqca ciddidir", - deyə Texasdakı Kuk dairəsinin şerifi Rey Sapinqton bildirib. Bu bölgədə ikisi uşaq olmaqla azı yeddi nəfər ölüb. Bundan əlavə, Texasda bir neçə nəfər helikopter və təcili yardım maşınları ilə xəstəxanalara aparılıb, onların sayı barədə məlumat verilməyib.
Fırtına Oklahoma ştatında da baş verib, burada iki nəfər həlak oldu. Açıq havada keçirilən toy mərasimində çoxlu qonaqlar yaralandı, evlər dağıldı.
Arkanzas ştatında hava şəraiti nəticəsində ən azı beş nəfər ölüb.