Bakl. Trend:
Litvanın hazırkı prezidenti Gitanas Nauseda prezident seçkilərinin ikinci turunda 74,43 faiz səslə qalib gəlib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Baş Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, onun rəqibi, Baş nazir İnqrida Simonyte 24,06 faiz səs toplayıb. Simonyte artıq məğlubiyyətini etiraf edib və Nausedanı ikinci dəfə dövlət başçısı olması münasibətilə təbrik edib.
Litvanın milli radiosu LRT portalı bildirib ki, ikinci turda seçici fəallığı 49,6 faiz təşkil edib.