Bakı. Trend:
Ukrayna prezidenti Volodimir Zelenski İspaniyada rəsmi səfərdədir.
Trend xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Zelenskini İspaniiya kralı VI Felipe şəxsən qarşılayıb.
Ukrayna prezidenti İspaniyanın baş naziri Pedro Sançeslə təhlükəsizlik təminatı barədə saziş imzalayıb. Sazişə əsasən İspaniya 1,13 milyard avroluq yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya hava hücumundan müdafiə sistemi üçün "Patriot" zenit raketləri və "Leopard" tankları verəcək.
Qeyd edək ki, mayın 15-də Zelenskinin cəbhədəki vəziyyətlə əlaqədar İspaniya və Portuqaliyaya səfərləri ləğv edilmişdi.