Bakı. Trend:
Ermənistanın müdafiə naziri Suren Papikyan səfər çərçivəsində Belçikanın baş nazirinin müavini David Klarinvalla görüşüb.
Trend xəbər verir ki, görüşdə Ermənistan və Belçika arasında müdafiə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Bundan başqa, görüşdə NATO və Avropa İttifaqı (Aİ) çərçivəsində əməkdaşlıq və çoxtərəfli formatlarda regional təhlükəsiz məsələlərinə toxunulub.
xxx
10:24
Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Brüsselə yollanıb.
Trend xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər işgüzar xarakter daşıyır. Səfərlə bağlı digər təfərrüat açıqlanmayıb.
Qeyd edək ki, Papikyan mart ayının əvvəlində İrana səfər edib.