...

Paşinyan Ermənistan XİN-ə yeni baş katib təyin edib

Dünya xəbərləri Materials 29 May 2024 15:40 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

David Karapetyan Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) baş katibi təyin edilib.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, müvafiq qərar ölkənin baş naziri Nikol Paşinyan tərəfindən imzalanıb.

Qərara əsasən, Karapetyan üçün 12 aylıq sınaq müddəti müəyyən olunub.

Qeyd edək ki, David Karapetyan bundan əvvəl Ermənistan XİN-in baş katibi səlahiyyətlərini icra edən şəxs olub.

2023-cü ilin iyun ayında Ermənistan XİN-in baş katibi Artak Qabrielyanın vəzifəyə təyin olunmasında pozuntulara yol verildiyi aşkarlandığı üçün Qabrielyan vəzifəsini tərk etməli olub. Ondan əvvəl isə bu vəzifəni Vaaqn Melikyan icra edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti