Bakı. Trend:
Rusiya və Ukrayna arasında təqribən dörd ay sonra yenidən hərbi əsirlərin mübadiləsi həyata keçirilib.
Trend xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əsir mübadiləsi çərçivəsində 75 Rusiya hərbçisi analoji sayda Ukrayna hərbçisi ilə dəyişdirilib. Hazırda azad edilmiş bütün əsirlərə zəruri psixoloji və tibbi yardım göstərilir.
Qeyd olunub ki, Rusiya və Ukrayna arasında əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə baş tutub.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında hərbi əsirlərin sonuncu mübadiləsi bu ilin fevral ayında aparılmışdı. Mübadilə çərçivəsi zamanı hər iki tərəfə 100 əsir qaytarılıb.