...

ABŞ HƏMAS-ın Qəzzada atəşkəs təklifinə dair cavabını araşdırır

Dünya xəbərləri Materials 12 İyun 2024 01:07 (UTC +04:00)

Bakı. Trend:

ABŞ administrasiyası HƏMAS-ın Qəzza zolağında İsraillə barışıq təklifinə reaksiyasını araşdırır.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin müşaviri Con Kirbi bildirib.

"HƏMAS-ın Qətər və Misir vasitəsilə çatdırdığı cavabı aldıq. Biz onu araşdırırq", - deyə o bildirib.

Bundan əvvəl HƏMAS və Qəzza zolağında fəaliyyət göstərən digər qrup "İslami Cihad" birgə bəyanat yayaraq, atəşkəs təklifini nəzərdən keçirməyə hazır olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti