...

Yunanıstanda güclü meşə yanğını: yaşayış məntəqələri boşaldıldı

Dünya xəbərləri Materials 19 İyun 2024 17:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstanın paytaxtı Afinadan 30 kilometr aralıda yerləşən Lambrakidə baş verən meşə yanğını başlayıb.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, yanğın səbəbindən ətrafdakı yaşayış məntəqələri boşaldılıb.

Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə Nazirliyindən Koropi yaxınlığındakı Lambrakidə meşə yanğını səbəbindən vətəndaşların mobil telefonlarına ərazini tərk etmələri ilə bağlı təcili xəbərdarlıq göndərilib.

Qeyd edilir ki, güclü külək səbəbindən nəzarət altına alına bilməyən yanğınla əlaqədar Kiçi qəsəbəsi boşaldılıb, təhlükəsizlik məqsədi ilə bəzi yollar nəqliyyatın hərəkətinə bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti