...

Aİ Ukraynadan yumurta idxalına kvota və rüsumları bərpa edəcək

Dünya xəbərləri Materials 19 İyun 2024 19:56 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqı iki həftə ərzində Ukraynadan Aİ Şurasının mayın 25-də dayandırdığı toyuq yumurtası idxalı kvotalarını və rüsumlarını bərpa edəcək.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Avropa Komissiyasının nümayəndəsi Olof Gil məlumat verib.

“Avropa Komissiyası yaxın iki həftə ərzində Ukraynadan yumurtaya qoyulan kvotaların dayandırılması qərarını ləğv edəcək” - deyə O.Gil bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti