...

Yunanıstanın bir sıra bölgələrində meşə yanğınları baş verib

Dünya xəbərləri Materials 19 İyun 2024 23:46 (UTC +04:00)

Bakı. Trend:

Yunanıstanın bir sıra bölgələrində baş verən meşə yanğınları səbəbindən minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Trend-in məlumatına görə, bu barədə "EFE" agentliyi xəbər verib.

Məlumata əsasən, hazırda ölkədə 60-dan çox meşə yanğını baş verib və onların əksəriyyəti nəzarət altındadır.

Afina yaxınlığında çətin vəziyyət yaranıb, burada 150-dən çox yanğınsöndürən 45 ədəd yerüstü xüsusi texnikanın, həmçinin yanğınsöndürmə təyyarələrinin dəstəyi ilə yanğınla mübarizə aparır.

“İrəliləyiş müşahidə olunsa da, vəziyyət çətin olaraq qalır”, - deyə yanğınsöndürmə xidmətindən bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti