...

Almaniyada casusluq edən Ermənistan vətəndaşı saxlanılıb

Dünya xəbərləri Materials 21 İyun 2024 17:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya hüquq-mühafizə orqanları üç nəfəri - Rusiya, Ukrayna və Ermənistan vətəndaşlarını xarici kəşfiyyat xidmətinə işləməkdə şübhəli bilərək saxlayıb.

Trend xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, saxlanılan üç nəfər Almaniyada xarici kəşfiyyatın göstərişi ilə Ukraynadan olan şəxslər haqqında məlumat toplamaq məqsədi ilə fəaliyyət göstəriblər.

Söhbətin hansı ölkənin kəşfiyyat xidmətindən getdiyi barədə məlumat verilməyib. Şübhəlilər iyunun 19-da saxlanılıb, iyunun 20-də isə hakim onların həbsi üçün order verib və icra edib.

Xəbər lenti

Xəbər lenti