...

Sloveniya Prezidenti Ukraynaya səfər edəcək

Dünya xəbərləri Materials 24 İyun 2024 06:37 (UTC +04:00)

Bakı. Trend:

Sloveniya Prezidenti Nataşa Pirts Musar iyunun 27-də Kiyevə səfər edəcək və burada Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq.

Trend xəbər verir ki, bu barədə Sloveniyanın Radio və Televiziyası məlumat yayıb.

“Bu razılaşma ilə biz Ukraynaya lazım olduğu müddətdə kömək etməyə davam edəcəyik”, - deyə dövlət başçısı bildirib.

“Delo” qəzetinin yazdığına görə, müdafiə və xarici işlər nazirlikləri tərəfindən hazırlanan təhlükəsizlik sazişi məcburi beynəlxalq müqavilə deyil, sadəcə olaraq Ukraynaya uzunmüddətli dəstək üçün siyasi iradənin ifadəsidir. Hazırda NATO-nun doqquz üzvü Kiyevlə analoji sazişlər imzalayıb.

Xəbər lenti

Xəbər lenti