...

Fransa ordusu Ukraynaya girir? - Makron AÇIQLADI

Dünya xəbərləri Materials 25 İyun 2024 01:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa ordusu yaxın vaxtlarda Ukraynaya göndərilməyəcək.

Trend xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.

“Torpağımıza müharibənin gələcəyini düşünmürəm, sizi əmin etmək istəyirəm. Mən həm də düşünmürəm ki, sabah Ukrayna torpaqlarında döyüşə gedəcəyik”, - deyə "Génération Do It Yourself" podkastında Makron qeyd edib.

Qeyd edək ki, bu ayın əvvəlində Fransa prezidenti Emmanuel Makron Fransanın Ukraynada hərbi münaqişədə birbaşa iştirak etməyə hazır olduğunu bildirmişdi.

Xəbər lenti

Xəbər lenti