...

Culian Assanc Böyük Britaniya həbsxanasından azadlığa buraxılıb

Dünya xəbərləri Materials 25 İyun 2024 04:03 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"WikiLeaks"in qurucusu Culian Assanc 2019-cu ildən həbsdə saxlandığı Britaniyanın Belmarş həbsxanasından buraxılaraq təyyarə ilə Böyük Britaniyanı tərk edib.

Trend-in məlumatına görə, bu barədə təşkilat "X" sosial şəbəkəsində bildirib.

"O, içərisində 1901 gün qaldıqdan sonra, iyunun 24-də səhər saatlarında Belmarş yüksək təhlükəsizlik həbsxanasını tərk etdi", - deyə qeyd edilib. Bildirilib ki, C.Assanc London Ali Məhkəməsinin qərarı ilə girov müqabilində azadlığa buraxılıb.

"WikiLeaks", həmçinin Amerika məhkəməsinin C.Assanc və ABŞ prokurorluğu arasında etiraf sövdələşməsinin bağlanması barədə məlumatını təsdiqləyib. Bununla belə, təşkilatın sözlərinə görə, hələ ki, “rəsmi olaraq yekunlaşdırılmayıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti