...

HƏMAS Qəzzada atəşkəs danışıqlarını dayandırdığını elan edib

Dünya xəbərləri Materials 14 İyul 2024 12:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fələstinin "HƏMAS" hərəkatı İsrailin mövqeyinə görə Qəzza zolağında atəşkəslə bağlı danışıqları dayandırmaq haqqında qərar verib.

Trend-in məlumatına görə, bu barədə HƏMAS-ın yüksək vəzifəli rəsmisi bildirib.

""HƏMAS" Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bir sıra telefon danışıqlarında vasitəçilərə və regional maraqlı tərəflərə hərəkatın danışıqları dayandırmaq qərarı barədə məlumat verib", - deyə o qeyd edib.

"HƏMAS" nümayəndəsi bu niyyəti İsrailin danışıqlara “qeyri-ciddi münasibəti” və “mülki əhalinin kütləvi şəkildə öldürülməsi” ilə izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti