...

İsrail ordusu Xan Yunisdəki HƏMAS silahlı qanadının liderini zərərsizləşdirib

Dünya xəbərləri Materials 14 İyul 2024 18:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu Fələstinin "HƏMAS" hərəkatının Xan Yunis şəhərindəki hərbi qanadının lideri Rafiya Sələmənin Qəzza zolağına endirilən zərbə nəticəsində öldürülməsi faktını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"Baş Təhlükəsizlik Xidməti və İsrail Müdafiə Qüvvələrinin kəşfiyyat məlumatlarına əsaslanaraq, İsrail Hərbi Hava Qüvvələri Xan Yunis bölgəsində "HƏMAS" briqadasının komandiri Rəfiya Sələməni Xan Yunis bölgəsində zərərsizləşdirib. Sələmə HƏMAS-ın hərbi qanadının komandiri Məhəmməd əl-Deyfin ən yaxın adamlarından biri olub və 7 oktyabr qırğınının təşkilatçılarından biri olub", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti