Bakı. Trend:
Sakit okeanda Rusiyanın Saxalin vilayətinin Cənubi Kuril adaları yaxınlığında 4,4 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Saxalin filialında bildiriblər.
Məlumata əsasən, iyulun 20-nə keçən gecə qeydə alınan zəlzələnin episentri İturup adasından 82 km cənub-şərqdə olub. Təkanların ocağı 62 km dərinlikdə yerləşib.
Seysmik hadisə İturupda yerləşən yaşayış məntəqələrində iki bala qədər qüvvə ilə hiss olunub, dağıntı olmayıb, sunami təhlükəsi elan edilməyib.