...

Türkiyənin 13 vilayətində İŞİD-ə qarşı əməliyyat keçirilib: 72 şübhəli saxlanılıb

Dünya xəbərləri Materials 25 İyul 2024 10:50 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin 13 vilayətində İŞİD-ə qarşı "Gürz-1" əməliyyatları keçirilib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya "X" sosial şəbəkəsində məlumat paylaşıb.

Məlumata görə, Ankara, Adana, Antalya, Çorum, Elazığ, Qaziantep, Hatay, İstanbul, Kırıkkale, Kilis, Mersin, Şanlıurfa və Trabzon da daxil olmaqla 13 vilayətdə keçirilən əməliyyatlarda ümumilikdə 72 şübhəli saxlanılıb.

Yerliqaya həmçinin, əməliyyatlar nəticəsində külli miqdarda xarici valyuta, türk lirəsi və çoxlu sayda rəqəmsal materialın ələ keçirildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti