...

Türkiyədə meşə yanğınları davam edir

Dünya xəbərləri Materials 1 Avqust 2024 19:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin 3 şəhərində meşə yanğınları başlayıb.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, Hatay, Antalya və Edirne şəhərlərində meşə yanğınları qeydə alınıb.

Məlumata görə, Hatay şəhərinin Antakya rayonunda səbəbi hələ məlum olmayan yanğının bənzərləri Antalya şəhərinin Serik vilayətində və Edirnenin Meriç vilayətində baş verib.

Ərazilərin hər birinə yanğına müdaxilə etmək üçün qruplar sövq edilib.

Qeyd edək ki, Hatay və Antalyadakı yanğınlara hava və quru yolları ilə müdaxilə davam edir. Edirnə şəhərindəki yanğını isə müdaxilələrdən sonra söndürmək mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti