...

Kir Starmer Rusiya ilə Qərb arasında məhbusların mübadiləsini alqışlayıb

Dünya xəbərləri Materials 2 Avqust 2024 09:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Kir Starmer Rusiya ilə Qərb arasında məhbusların mübadiləsini alqışlayıb.

Trend xəbər verir ki, bu barədə o, özünün “X” sosial şəbəkə hesabında bildirib.

“Mən Vladimir Kara Murza, Pol Uilan və Yevan Qerşkoviç də daxil olmaqla, Rusiyada saxlanılan bir sıra məhbusların azad edilməsini alqışlayıram”, - deyə baş nazir qeyd edib.

Kir Starmer deyib ki, düşüncələri azad edilən məhbuslar və onların yaxınları ilə birlikdədir.

Xəbər lenti

Xəbər lenti