Bakı. Trend:
Moldovada ABŞ və Rumıniyadan olan hərbçilərin iştirakı ilə “Alov Qalxanı - 2024” hərbi təliməri keçiriləcək.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, avqustun 5-dən 23-dək davam edəcək manevrlərə adı çəkilən ölkələrin şəxsi heyət və hərbi texnikası cəlb olunacaq.
Qeyd edilir ki, artıq yerli əhali hərbi texnikanın dislokasiya dəyişikliyi ilə əlaqədar intensiv hərəkət barədə məlumatlandırılıb.