Bakı. Trend:
Venesuelanın baş prokuroru Tarek Uilyam Saab prokurorluğun müxalifət lideri Mariya Korina Maçado və son seçkilərdə prezidentliyə namizəd olmuş keçmiş diplomat Edmundo Qonzales haqqında araşdırmaya başladığını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.
Baş prokurorun yazılı açıqlamasında bildirilib ki, Maçado və Qonzales "seçkilərdə qalib gələn şəxsini elan etməyə səlahiyyətli yeganə orqan olan Milli Seçki Şurasının elan etdiyindən fərqli olaraq yalnış şəkildə prezident seçkilərinin qalibini elan ediblər".
Onlar açıq şəkildə “polis və hərbi qulluqçuları qanunlara tabe olmamağa təhrik edirdilər” ki, bu da müxtəlif cinayətlərin, o cümlədən “vəzifə səlahiyyətlərinin mənimsənilməsi, qorxu və sui-qəsd yaymaq məqsədi ilə yalan məlumatların yayılması” kimi cinayətlərin törədildiyini göstərir.