Bakı. Trend:
Braziliyada qəzaya uğraması nəticəsində sağ qalan yoxdur.
Trend-in məlumatına görə, bu barədə Valinyus bələdiyyəsinin meriyası bildirib.
Bildirilib ki, təyyarədə 68 nəfər olub.
xxx
21:49
Braziliyanın cənub-şərqindəki San-Paulu ştatının Vinhedo bələdiyyəsində sərnişin təyyarəsi qəzaya uğrayıb.
Trend-in məlumatına görə, bu barədə "G1" portalı xəbər verib.
Məlumata əsasən, təyyarədə 58 sərnişin və 4 ekipaj üzvü olub.
Bildirilib ki, söhbət təxminən 68 sərnişin daşımaq üçün nəzərdə tutulan "ATR 72" model təyyarədən gedir. O, Kaskavel şəhərindən Quarulyus şəhərinə uçub.
Ölənlər və xəsarət alanlar barədə məlumat verilməyib.