...

İran prezidenti Avropa Şurasının rəhbəri ilə nüvə sazişi üzrə danışıqların mümkünlüyünü müzakirə edib

Dünya xəbərləri Materials 12 Avqust 2024 03:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran prezidenti Məsud Pezeşkian Avropa Şurasının rəhbəri Şarl Mişel ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, tərəflər İran və Avropa arasında münasibətləri, nüvə sazişi üzrə danışıqların bərpası yollarını, həmçinin Qəzza zolağında baş verən son hadisələri müzakirə ediblər.

Məsud Pezeşkian vurğulayıb ki, nüvə proqramı üzrə razılaşmanın əsası etimad və qarşılıqlı faydanın təmin edilməsidir.

“Əgər hər iki tərəf öz öhdəliklərini yerinə yetirsə və etimad əldə olunarsa, danışıqlar zamanı başqa məsələlər də müzakirə oluna bilər”.

Avropa Şurasının sədri həmçinin İran və Avropa İttifaqı arasında qarşılıqlı fayda və daha geniş əməkdaşlıq qarşısındakı maneələrin aradan qaldırılması əsasında səmərəli qarşılıqlı fəaliyyətin başlanmasına ümid etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti