...

İrəvanda binalar güclü zəlzələyə davamlı deyil - Erməni seysmoloq

Dünya xəbərləri Materials 14 Avqust 2024 19:12 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrəvanda binaların 40-45%-i 9 bal gücündə zəlzələyə davam gətirməyəcək.

Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin Seysmoloji Xidmətinin direktoru Sos Markaryan deyib.

Onun sözlərinə görə, paytaxtda yaşayış binaları 7-8 bal gücündə zəlzələ riski nəzərə alınaraq tikilib.

"İrəvanda seysmik risklərin tam qiymətləndirilmir", - o qeyd edib.

Qeyd edək ki, avqustun 12-də gecə saatlarında Ermənistanda 4,2 bal gücündə zəlzələ baş verib. Episentrdə zəlzələnin gücü 6 bal olub. Yeraltı təkanlar Qeqarkuniks rayonunda 5 bal, Kotayk rayonu ərazisində 4 bal, İrəvanda isə 2-3 bal gücündə qeydə alınıb.

Əhali arasında daha güclü zəlzələnin baş verəcəyi barədə məlumat yayılıb. Lakin mütəxəssislər daha güclü zəlzələnin baş verməsi ehtimalının az olduğunu bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti