Bakı. Trend:
ABŞ-ın Havay ştatında atışma nəticəsində 4 nəfər ölüb, daha iki nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə “Associated Press” rayon polisinə istinadla məlumat yayıb.
Məlumata görə, hadisə qonşular arasında mübahisə zəminində baş verib. Bu zaman cinayətkar tapançadan atəş açıb və üç nəfəri öldürüb, lakin özünü də ev sakinlərindən biri güllələyib. Atıcını öldürən şəxs daha sonra polis tərəfindən saxlanılıb və ikinci dərəcəli qətldə ittiham olunub.
Yaralılar xəstəxanaya yerləşdirilib və onların vəziyyəti ağırdır.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.