Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi Amerikanın Raytheon şirkəti ilə AMRAAM (Advanced Medium Range Air-to-Air Missile) orta mənzilli təyyarə raketlərinin istehsalı üçün təxminən 1,2 milyard dollarlıq müqavilə imzalayıb.
Trend xəbər verir ki, bu barədə çərşənbə günü Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Sənəddən məlum olduğu kimi, ümumi məbləği 1 195 985 081 ABŞ dolları olan müqavilə AMRAAM raketlərinin və müvafiq avadanlıqların sonradan Bəhreyn, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, İtaliya, Kanada, Norveç, Ukrayna, Finlandiya, Yaponiya və İsveçrəyə təhvil verilməsini nəzərdə tutur.