Bakı. Trend:
Sentyabırın 13-də gecə saatlarında Yer üzünə maqnit qasırğası çatıb. Qasırğa G3 səviyyəsindədir, bu da güclü hesab edilir.
Trend xəbər verir ki, bunu "Fobos" hava mərkəzinin baş mütəxəssisi Mixail Leus deyib.
Hadisə şimal işıqlarının yaranmasına səbəb olub və bir sıra Rusiya bölgələrinin sakinləri bu təbii hadisəni müşahidə ediblər.
Şimal işıqları Moskva bölgəsində, eləcə də, Voronej, Novqorod, Leninqrad, Sankt-Peterburq, Petrozavodsk, Perm və digər şəhərlərdə görülüb.
Qasırğanın günün ortalarına qədər davam edəcəyi və intensivliyinin dəyişkən olacağı gözlənilir.