...

İngiltərədə bir həftədə 2 mindən çox məhbus erkən azadlığa buraxılıb

Dünya xəbərləri Materials 13 Sentyabr 2024 20:47 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərədə və Uelsdə son bir həftə ərzində təxminən 2 min 188 məhbus erkən azadlığa buraxılıb.

Trend xəbər verir ki, cəzasının 40 faizini çəkən bir sıra məhbuslar həbsxanalardakı sıxlığa görə erkən azad edilib.

Baş nazir Kir Starmer həbsxanadakı sıxlığın kritik vəziyyətdə olduğunu və buna görə belə bir addımın vacib olduğunu vurğulayıb.

Məhbuslar üçün erkən buraxılış proqramı bu həftənin əvvəlində qüvvəyə minib. Bu proqramın əsası ilkin olaraq əvvəlki Mühafizəkarlar hökuməti tərəfindən işlənib, lakin Leyboristlər tərəfindən həyata keçirilib. Təkcə sentyabrın 10-da 1700-ə yaxın məhbus azad edilib.

Xəbər lenti

Xəbər lenti