Bakı. Trend:
Bu ay Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Co Bayden arasında görüş olacaq.
Trend xəbər verir ki, bunu Zelenski Yalta Avropa Strategiyasının XX illik konfransında çıxışı zamanı bildirib.
“Bu ay Prezident Bayden ilə görüşümüz planlaşdırılıb. Mən ona qələbə planını təqdim edəcəyəm. Bunun sayəsində Ukrayna bu müharibəni sülhə doğru istiqamətləndirmək üçün kifayət qədər güc qazanacaq”, - deyə Zelenski bildirib.