Bakı. Trend:
Bolqarıstanda 103 ildə ilk dəfə vəba aşkarlanıb.
Trend xəbər verir ki, xəstəliyi Bolqarıstanda daimi yaşayan 23 yaşlı hindistanlı, avqustun 2-dən 23-dək vətənində olmuş gənc gətirib.
Gəncdə vəba əlamətləri sentyabrın 3-də özünü göstərib. O, həkimlərin nəzarəti altındadır. Qeyd olunur ki, xəstənin ümumi vəziyyəti yaxşıdır.