Bakı. Trend:
Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Buşehr vilayətində minik avtomobilinin aşması nəticəsində 9 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu İranın Buşehr vilayəti Kəngan rayonu Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Qulamrza Əhmədi deyib.
Onun sözlərinə görə, minik avtomobilinin aşması nəticəsində daha 3 nəfər xəsarət alıb.
Xəsarət alanlar avtomobildən çıxarılaraq tibb mərkəzinə aparılıblar.
Faktla bağlı araşdırma aparılır.