...

ABŞ-yə Rusiya ilə hərbi münaqişə lazım deyil - Tramp

Dünya xəbərləri Materials 14 Sentyabr 2024 12:25 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarına Rusiya ilə hərbi münaqişə lazım deyil.

Trend xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp Las-Veqas şəhərində (Nevada ştatı) çıxışı zamanı səsləndirib.

“Kamala Harrisə səs verməklə siz Rusiya ilə müharibəyə səs verirsiniz. Rusiya ilə müharibə istəyən varmı? Lazım olsa, biz buna gedəcəyik. Amma buna yol verməmək məsləhətdir", - deyə o vurğulayıb.

Trampın sözlərinə görə, Harrisə səs verməklə amerikalılar hərbi çağırışın bərpasına da səs vermiş olacaqlar.

Qeyd edək ki, Tramp prezident seçiləcəyi təqdirdə Ukrayna münaqişəsini 24 saatda həll edəcəyini, danışıqlara başlamaq çağırışı ilə Putinə və Zelenskiyə şəxsən müraciət edəcəyin bildirib.

Xəbər lenti

Xəbər lenti