...

Polis Təl-Əvivdə iğtişaş törədən 15 nəfəri saxlayıb

Dünya xəbərləri Materials 15 Sentyabr 2024 04:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Sentyabrın 14-ü axşam Təl-Əvivdə keçirilən kütləvi etiraz aksiyasından sonra İsrail hüquq-mühafizə orqanlarının əməkdaşları 15 nəfəri saxlayıb.

Trend polisin mətbuat xidmətinə istinadən xəbər verir ki, əsas nümayişin sonunda etirazçıların əsas hissəsi dinc şəkildə evlərinə gedəndə bir qrup nümayişçi küçələrdə qalıb, ictimai asayişi pozaraq nəqliyyatın hərəkətini əngəlləməyə cəhd edib.

Qanunu pozan şəxslər yolun hərəkət hissəsində yanğınlar törədib, polisin göstərişinə tabe olmayaraq onlarla toqquşmaya başlayıblar.

“Etiraz və ifadə azadlığı od yandırmaq, əsas yolları bağlamaq, çoxsaylı insanların hərəkət azadlığını məhdudlaşdırmaq və polis səddini aşmaqdan ibarət deyil”, - deyə hüquq-mühafizə orqanları bildirib. "Asayişi pozmaq üçün istənilən etiraz aksiyası pislənməlidir”, - deyə hüquq-mühafizə orqanları əlavə edib.

Sentyabrın 14-ü axşam saatlarında bütün İsraili bürüyən kütləvi etirazlar ölkə hökumətindən Qəzza zolağında saxlanılan girovları dərhal azad etməyi tələb edib. Ən böyük nümayiş ənənəvi olaraq Təl-Əvivin şərqində hökumət binaları kompleksi yaxınlığında keçirilib və on minlərlə iştirakçı iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti