...

İsrail 15 ildir ki, Livan ərazisində peycerləri partlatmaq üçün əməliyyat planlaşdırır

Dünya xəbərləri Materials 20 Sentyabr 2024 05:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail 15 ildir ki, Livan ərazisində peycerləri partlatmaq məqsədilə genişmiqyaslı əməliyyat hazırlayırdı.

Bu barədə Trend ABC telekanalına istinadən xəbər verir ki, Budapeştdə qeydiyyatdan keçmiş "BAC Consulting" şirkəti Tayvanın "Gold Apollo" brendi altında peycerlər istehsal etməli idi. Lakin Macarıstan hökumətinin nümayəndəsi bildirib ki, ölkədə bu qurğular mövcud deyil və "BAC Consulting" sadəcə vasitəçi rolunda çıxış edib, heç bir istehsalat fəaliyyəti aparmayıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi isə bu cür əməliyyatları mülki şəxslər üçün böyük təhlükə kimi qiymətləndirir və bu səbəbdən, bu tipli taktikalardan istifadə etmir.

Son məlumata əsasən, Livanda sentyabrın 17 və 18-də rabitə qurğularının partladılması nəticəsində 37 nəfər həlak olub, 287 nəfərin vəziyyəti isə ağırdır.

Xəbər lenti

Xəbər lenti