Bakı. Trend:
Vaşinqton administrasiyası Ukraynaya yeni hərbi yardım paketində F-16 qırıcıları ilə birlikdə istifadə etmək üçün "JSOW" (Birgə Standoff Weapon) sursatının verilməsi imkanını nəzərdən keçirir.
Trend-in məlumatına görə, bu barədə "Politico" qəzeti xəbər verib.
Onun mənbələrinə görə, bu sursatlar Kiyevə 375 milyon dollar dəyərində hərbi yardım paketinə daxil ola bilər. Vaşinqtonun qrantını sentyabrın 23-də elan edəcəyi gözlənilir.
Bildirilib ki, söhbət 110 km-dən çox məsafədəki hədəfləri vura bilən raketlərdən gedir.