Bakı. Trend:
İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronun Qəzzadakı münaqişənin həlli üçün İsrailə silah tədarükünü dayandırmağa çağıran bəyanatlarına sərt cavab verib.
Trend xəbər verir ki, İsrailin baş nazirinin cavabı "X" sosial şəbəkəsindəki hesabında videomüraciət formatında yerləşdirilib.
"İsrail İranın başçılıq etdiyi <...> qüvvələr ilə mübarizə apararkən, bütün sivil dövlətlər İsrailin yanında möhkəm dayanmalıdır. Bununla belə, prezident Makron və bəzi digər Qərb liderləri indi İsrailə silah embarqosu tətbiq etməyə çağırırlar. Ayıb olsun", - deyə İ.Netanyahu bildirib.
Xatırladaq ki, daha əvvəl E.Makron İsrailə silah tədarükünün dayandırılması Qəzzada münaqişənin siyasi həlli istiqamətində prioritet olduğunu açıqlamışdı.