...

İsrail ordusu 7 oktyabr hücumunun ildönümündə terror hücumları təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Dünya xəbərləri Materials 6 Oktyabr 2024 01:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu hesab edir ki, 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının fələstinli radikallarının hücumunun ildönümündə ölkədə terror aktları təhlükəsi var.

Trend xəbər verir ki, bunu brifinqdə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri deyib.

“Gələn həftə biz oktyabrın 7-də müharibənin başlanmasının birinci ildönümünü qeyd edəcəyik. Müharibənin ildönümündə hücumlara cəhd ediləcəyini gözlədiyimiz üçün gücləndirilmiş qüvvələrlə hazırlaşırıq. Biz digər təhlükəsizlik strukturları ilə birlikdə vəziyyəti daim qiymətləndiririk, qoşunlar yerləşdirilib və yüksək döyüş hazırlığındadır”, - deyə Həcəri bildirib.

Xəbər lenti

Xəbər lenti