Bakı. Trend:
Bu gün İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Xəzra sənaye parkında kauçuk qablar zavodunda yanğın baş verməsi nəticəsində 1 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu İranın Kirman vilayəti Tibb Elmləri Universitetinin təcili yardım mərkəzinin müdiri Məhəmməd Saberi jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, baş verən yanğın nəticəsində 12 nəfər yaralanıb. Yaralılar tibb mərkəzlərinə çatdırılıblar.
Zavodda yanğının birdəfəlik qabların alışması nəticəsində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparırlar.