Bakı. Trend:
Meksika Körfəzinin üzərində formalaşan "Milton" tropik fırtınası, güclənərək Saffir-Simpson şkalası üzrə 1-ci kateqoriyaya çatıb.
Trend xəbər verir ki, bu barədə ABŞ-nin Milli Qasırğa Mərkəzi məlumat yayıb.
Məlumata görə, hazırda "Milton" qasırğası 9 km/saat sürətlə ABŞ-nin Florida ştatının qərb hissəsinə doğru irəliləyir. Qasırğa daxilində küləyin maksimal sürəti 36 m/s-ə çatır.
“Milton” Proqreso şəhərindən 465 km şimal-qərbdədir.