...

Bavariyada iki avtobusun toqquşması nəticəsində 50-yə yaxın insan xəsarət alıb

Dünya xəbərləri Materials 8 Oktyabr 2024 00:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın cənubundakı Regensburq şəhərində iki müntəzəm avtobusun toqquşması nəticəsində təxminən 50 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə yerli polis orqanları məlumat yayıb. Onlardan beşi həyati təhlükəsi olan xəsarətlər alıb.

İki avtobus bir-birinin ardınca Dunay körpüsü üzərindən şəhərə doğru hərəkət edərkən toqquşma baş verib. Hadisə yerində çoxlu sayda xilasedicilər, yanğınsöndürənlər və polis əməkdaşları işləyir. Xilasetmə helikopteri cəlb olunub.

Hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib.

Xəbər lenti

Xəbər lenti