Bakı. Trend:
Şimali Koreya Milli Müdafiə Akademiyası reaktiv yaylım atəş sistemləri (RYAS) üçün 240 mm-lik mərmilərin sınaq atışını həyata keçirib.
Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər verib.
Məlumata əsasən, oktyabrın 8-də mütəxəssislər maksimum 67 km məsafədə atış zamanı avtomatik atəş sisteminin etibarlılığını və RYAS üçün idarə olunan raketlərin dəqiqliyini sınaqdan keçiriblər. Bu mərmilər İkinci İqtisadiyyat Komitəsinin tabeliyində olan müdafiə müəssisələri tərəfindən istehsal olunur.