Bakı. Trend:
ABŞ prezidenti Co Bayden oktyabrın 9-da İsrailin baş naziri Benyamin Netanyahu ilə İsrailin İrana zərbə endirmək planlarını telefonla müzakirə edə bilər.
Trend-in məlumatına görə, bu barədə "Axios" portalı Amerika rəsmiləri arasında olan mənbələrə istinadən bildirib.
Nəşr qeyd edib ki, "çərşənbə günü səhər Baydenin <...> Netanyahu ilə İsrailin İrana zərbə endirmək planları ilə bağlı son dərəcə vacib telefon danışığı aparacağı gözlənilir". Bildirilib ki, "Bayden və Netanyahu arasındakı bu danışıq iki gərgin ayda ilk telefon danışığı ola bilər və İsrailin böyük bir eskalasiyaya səbəb ola biləcək genişmiqyaslı zərbəni nəzərdən keçirdiyi bir vaxta düşə bilər".
Mənbələrə görə, "İsrailin cavabının əhəmiyyətli olacağı, cavab tədbirlərinə İrandakı hərbi hədəflərə hava hücumları və Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi kimi gizli olacağı gözlənilir".