Bakı. Trend:
Türkiyənin Mersin şəhərindəki tarixi xalq kitabxanası yanıb.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumatda qeyd olunub ki, axşam saatlarında Mersin şəhərinin Akdeniz rayonunda yerləşən tarixi xalq kitabxanasında yanğın baş verib. Yanğının səbəbi hələ ki, məlum deyil.
Bildirilib ki, yanğın yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb. Bina isə demək olar, yararsız hala gəlib.