...

ABŞ-də 12 turist istifadə olunmayan qızıl mədənində köməksiz qalıb

Dünya xəbərləri Materials 11 Oktyabr 2024 20:38 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Kolorado ştatında istifadə olunmayan qızıl mədənində baş verən qəza nəticəsində 12 nəfər köməksiz qalıb. 1960-cı illərdə bağlanan “Mollie Kathleen” mədənindən hazırda turizm məkanı kimi istifadə edilir.

Trend xəbər verir ki, yerli polis idarəsinin məlumatına görə, ziyarətçiləri dərinliyə daşıyan liftdə baş verən mexaniki nasazlıq nəticəsində bir turist ölüb, dörd nəfər yaralanıb, 11 nəfər isə xilas edilib.

Hazırda 300 metr dərinlikdə qalan 12 turistlə əlaqə yaradılıb. Polis idarəsindən bildiriblər ki, lift sistemi təmir edilənədək onları mədəndən çıxarmaq mümkün olmayacaq.

Xəbər lenti

Xəbər lenti