...

Nigeriyada antiterror əməliyyatı zamanı 200-ə yaxın silahlı məhv edilib

Dünya xəbərləri Materials 3 Noyabr 2024 03:23 (UTC +04:00)

Bakı. Trend:

Nigeriya ordusu bir həftə əvvəl başlayan antiterror əməliyyatı zamanı azı 187 nəfəri öldürüb, daha 262 nəfəri əsir götürüb.

Trend xəbər verir ki, bu barədə Nigeriya Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi general-mayor Edvard Buba məlumat verib.

Ekspertlərin fikrincə, Nigeriya silahlı qüvvələrinin səyləri əsasən 2002-ci ildə ölkənin şimalında yaranmış terror təşkilatı “Boko Haram”la mübarizəyə yönəlib. 2015-ci ildə Nigeriya ordusu “Boko Haram”ı böyük məğlubiyyətə uğradıb və onun nəzarətində olan əraziləri xeyli azaldıb.

Xəbər lenti

Xəbər lenti