Bakı. Trend:
Satışların ciddi azalması səbəbindən "Audi" avtomobil şirkəti 4 500 işçisini ixtisar etməyi nəzərdə tutur.
Trend-in verdiyi məlumata görə, "Volkswagen"ə məxsus olan "Audi" şirkəti maliyyə çətinlikləri ilə üzləşir və xərcləri azaltmaq məqsədilə işçi sayını 15% azaltmağı planlaşdırır.
Bildirilir ki, "Audi"nin əsas gəlirləri 91% azalaraq, ötən ilin üçüncü rübündəki 1,2 milyard avrodan 2024-cü ilin eyni dövründə 106 milyon avroya düşüb. Almaniya və ABŞ da daxil olmaqla bir çox bazarlarda satışlar azalıb və "Audi" avtomobillərinə olan tələbat da geriləyib. "Volkswagen"in törəmə markaları arasında yalnız "Lamborghini" sabit satış göstəricilərini qoruyub, ən böyük azalma isə "Bentley"də 35% olaraq qeydə alınıb.
Hal-hazırda "Audi" rəhbərliyi mövcud vəziyyətdən çıxış yolu tapmaq məqsədilə işçi nümayəndələri ilə müzakirələr aparır.